İsmayıllıda “Gender bərabərliyinə necə nail olaq?” adlı seminar keçirilib. Bu barədə ShimalNews 11 avqust tarixində Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Dağlıq Şirvan regional nümayəndəliyinə istinadən məlumat verir.
Tədbir gender eksperti Cavid İmamoğlu tərəfindən təşkil olunub. Burada kişi və qadınlar arasında ayrıseçkilik və onun əsas səbəbləri, həmçinin onların aradan qaldırılma yolları müzakirə edilib.
Təlim GİKM-in Dağlıq Şirvan regional nümayəndəliyinin təşkilatçılığı və Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-nin Əhali Fondu (UNFPA) tərəfindən həyata keçirilib.