Cənubi Koreyanın təşkil etdiyi 25-ci Dünya Skaut Camborisində (25th World Scout Jamboree) Xaçmaz skautlarının nümayəndələri iştirak edirlər. Bu barədə ShimalNews 11 avqust tarixində Gənclər və İdman İdarəsinə istinadən məlumat verir.
Xaçmaz skautlarının “Bozqurdlar” dəstəsinin üzvü Dəniz Xanbabayev, “Gənclik” dəstəsinin üzvü Günel Şərifzadə və böyükyaşlı könüllü İmran Həsənov ölkəmizi təmsil edirlər. Onların yetişməsində liderləri Təranə Fərzəliyevanın, Ceyhun Fərzəliyevin və Xaçmaz rayon müvəkkili Aygün Rəşidovanın əməyi var.
Bu tədbir 153 ölkənin iştirakı ilə hər 4 ildən bir keçirilir.
