Xaçmaz Olimpiya İdman Kompleksində basketbol idman növü üzrə tədbir keçirilib. Bu barədə ShimalNews 10 avqust tarixində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinə istinadən məlumat verir.
“İdman hamı üçün” layihəsi çərçivəsində burada Quba-Xaçmaz Regional Gİİ-nin rəisi Nəcəf Novruzov, Olimpiya İdman Kompleksinin direktoru Rafiq Zülfüqarov, gənclər və idman sektorunun müdiri Elman Məmmədov, məşqçi-müəllimlər və həvəskar basketbolçular iştirak ediblər.
Görülən işlərin məqsədi uşaq və yeniyetmələr arasında idman kütləviliyinin təmin edilməsi, basketbol idman növünə marağın artırılması və sağlam həyat tərzinin təbliğidir.