Xaçmazda Qida Təhlükəsizliyi Agentliyi (AQTA) monitorinq aparıb. Bu haqda ShimalNews 10 avqust tarixində məlumat verir.
Yoxlama zamanı şəhərdə yerləşən “Nabran” marketdə nöqsanlar aşkar edilib. Obyektdə qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması, həmçinin obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi müəyyən edilib.
Bütün bunların aradan qaldırılması ilə bağlı məcburi göstərişlər verilib.