Xaçmazda “Biznesdə işçilərin seçimi və onların idarə olunması” mövzusunda təlim keçirilib. Bu haqda ShimalNews 10 avqust tarixində Kiçik və Orta Biznes İnkişaf Mərkəzinə istinadən məlumat verir.
Xaçmaz KOBİM tərəfindən keçirilən maarifləndirici təlimə 16 iştirakçı qatılıb. Onlara işçilərin motivasiyası, işçilərə tapşırıqların verilməsi, biznesin idarəetmə strukturu, təşkilati planın hazırlanması, vaxtın idarə olunması ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.
Xaçmaz KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.