Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə Qusarda toxum sərgi-satış yarmarkası keçiriləcək. Bu barədə ShimalNews 10 avqust tarixində məlumat verir.
Tədbir avqustun 31-i Aqrar İnnovasiya Festivalı çərçivəsində baş tutacaq. Festivalda sertifikatlı, məhsuldar toxumlar nümayiş olunacaq.
Azərbaycan Toxumçular Assosiasiyası hər kəsi festivalda iştirak etməyə dəvət edir.
Bu kimi yarmarkaların keçirilməsində əsas məqsəd toxum bazarının formalaşması, “seleksiyaçı-toxumçu-istehlakçı” zəncirlərinin real qarşılıqlı əlaqəsinin qurulması, işgüzar və səmərəli görüşlərin keçirilməsi, həmçinin fermerlər üçün sertifikatlı toxumların əlçatanlığının təmin olunmasıdır.