Bu gün Quba Rayon icra başçısının birinci müavini Tariyel İbrahimov Buduq kənd İnzibati ərazi dairəsi üzrə vətəndaşların səyyar qəbulunu keçirib. Bu barədə ShimalNews 10 avqust tarixində adıçəkilən quruma istinadən məlumat verir.

Qəbulda rayon prokuroru, polis şöbəsinin rəis müavini, rayon Ağsaqqallar Şurasının sədri, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər.

Görüş zamanı vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə aidiyyəti şəxslərə tapşırıqlar verilib.