İsmayıllıdan valideynləri tərəfindən axtarılan cütlük hadisədən danışıb. Bu barədə ShimalNews 9 avqust tarixində Baku TV-yə istinadən məlumat verir.
Bakıda tapılan 19 yaşlı Ağaverdi Xəlilov və Aytac Mayılova bir-birilərini sevdiklərini və evə qayıtmaq fikirləri olmadığını bildiriblər.
Gənclər bir-birilərini dörd ildir tanıyırlar:
“Bir neçə dəfə ailəmlə bu barədə danışmışam. Demişəm ki, bir qızı istəyirəm, elçi gedək. Ancaq valideynlərim 19 yaşım olmasına baxmayaraq, yaşımın çatmadığını, hələ tez olduğunu dedilər. Bir ay gözlədik, sonra qaçmaq qərarına gəldik”.
Ağaverdi bir müddət ailəsindən uzaq olmaq istədiyini və nə vaxt qayıdacağını özü bildiyini deyib. O, xahiş edib ki, valideynləri onları narahat etməsinlər.
Daha öncə İsmayıllıda həmin 2 gəncin itkin düşməsi haqda xəbər vermişdik.