İsmayıllının bir sıra ərazilərinin qaz təminatında fasilə olacaq. Bu haqda ShimalNews 10 avqust tarixində məlumat verir.

“Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, 10 avqust saat 09:30-dan etibarən təmir işləri başlayacaq. Proses başa çatanadək İsmayıllı şəhəri,  Cülyan, Buynuz, Topçu, Qalınçaq, Quşencə, Zoğallıq, Göytəpə, Xanagah, Qurbanəfəndi, İstisu, Sumağallı, Çayqovuşan, və Qalacıq kəndlərində qaz verilişində məhdudiyyətlər yaranacaq.