Quba şəhərində yerləşən Nizami parkında konsert baş tutacaq. Bu barədə ShimalNews 10 avqust tarixində Gənclər və İdman İdarəsinə (Gİİ) istinadən xəbər verir.

Tədbir avqustun 11-i saat 17:00-da başlayacaq. “Beynəlxalq Gənclər günü”ə həsr olunan tədbirdə gənc istedadlar iştirak edəcəklər.

Qubalılar və rayonun qonaqları bayram sevincini yaşamağa dəvətlidirlər.