Qusarda ASAN Könüllülər uşaqların arzularını həyata keçiriblər. Bu barədə ShimalNews 10 avqust tarixində “ASAN Könüllüləri”nə istinadən xəbər verir.
“ASAN Məktub” layihəsi çərçivəsində 32 uşağa öz istəklərinə uyğun müxtəlif hədiyyələr təqdim edilib. Bu işdə “Baker Tilly Azerbaijan” şirkəti dəstək göstərib.
Proqramın məqsədi respublika ərazisində yaşayan uşaqlara sevinc yaşatmaq, üzlərinin gülməsinə səbəb olmaqdır. Bu prosesdə iştirak etmək istəyənlər www.asanmektub.az saytına daxil olaraq, məktub öhdəliyə götürə bilərlər.


