Xaçmazda taekvondo idman növü üzrə tədbir keçiriləcək. Bu barədə ShimalNews 9 avqust tarixində Gənclər və İdman İdarəsinə istinadən məlumat verir.

Ustad dərsləri “İdman hamı üçün” layihəsi çərçivəsində 10 avqust tarixində saat 16:00-da Şəxsiyyətlər parkında baş tutacaq. Tədbir təcrübəli məşqçi Həsən Məmmədov tərəfindən təşkil olunacaq. Tədbirin məqsədi gənclər arasında taekvondo idman növünə marağın artırılması və sağlam həyat tərzinin təbliğidir.