Şimal bölgəsində yanğın təhlükəsinin kompleks göstəricisi məlum olub. Bu haqda ShimalNews 9 avqust tarixində xəbər verir.
Milli Hidrometeorologiya Xidməti bu günə olan təhlükə səviyyəsi ilə bağlı açıqlama verib:
İsmayıllıda – yüksək, Şahdağda – kiçik, Qusarda və Xızıda – yüksək, Quba və Şabranda – çox yüksək yanğın təhlükəsi növünə çatıb.
Qeyd edək ki, avqustun 10-da əksər rayonlarda hava şəraiti, əsasən, yağmursuz keçəcək. Lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək.
Bəzi rayonlarda yanğın indeksinin yüksək olduğunu nəzərə alaraq, əhalinin ehtiyatlı olması tövsiyə olunur.