Qusarda dövlət qurumlarının nümayəndələri səyyar qəbulda sakinlərin müraciətlərini  dinləyiblər. Bu barədə ShimalNews 9 avqust tarixində RİH-yə istinadən məlumat verir.

Görüş Suvacal kəndində keçirilib. Burada icra hakimiyyətinin əməkdaşları, rayonun hüquq-mühafizə orqanları, bir sıra idarə və müəssisələrin rəhbərləri iştirak ediblər.

Sakinlər kəndin yararsız elektrik dirəklərinin dəyişdirilməsi, suvarma su xəttinin təmiri, internetlə təminatının yaxşılaşdırılması və digər məsələlərin həllinə köməklik göstərilməsini xahiş ediblər.