Quba rayonunda kartof məhsuldarlığı bu il yüksək olub. Bu barədə ShimalNews 8 avqust tarixində məlumat verir.

Fermerlərin sözlərinə görə, ötən ilin eyni dövrü ilə müqayisədə Qubada ayrı-ayrı təsərrüfatlarda məhsul yığımı yüksəlib. Onlar buna il ərzində rayonda yağışın tez-tez yağmasını səbəb bildiriblər.

“Üzə çıxan kartof gövdəsinin qalınlığına görə, onun məhsuldar olduğunu müəyyən etmək olar. Əgər o qalındırsa, deməli, məhsul bol olacaq”, – deyə fermerlərdən biri söyləyib.