Qubada müxtəlif idman növləri ilə məşğul olan idmançı gənclərlə görüş keçiriləcək. Bu barədə ShimalNews 9 avqust tarixində Gənclər və İdman İdarəsinə istinadən məlumat verir.

Tədbir 10 avqust tarixində saat 16:00-da Səbətlər kəndində baş tutacaq. Burada məqsəd gənclərin fərqli idman növlərinə marağını artırmaq və sağlam həyat tərzi təşviq etməkdir.