Qubada yol kənarında yanğın qeydə alınıb. Bu barədə ShimalNews 9 avqust tarixində məlumat verir.

Hadisə Quba-Qusar yolunun Qırmızı Qəsəbə ərazisində baş verib. Geniş ərazidə quru ot və kol-kos alışıb.

Əraziyə FHN-in bölmələri cəlb edilib. Alovun qarşısı alınıb.