Qusarda avqustun 17-si sahibkarların iştirakı ilə sahəvi görüşlər baş tutacaq. Bu barədə ShimalNews 9 avqust tarixində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) istinadən məlumat verir.

Qusarda tədbir Gənclər Evində keçiriləcək. Əsas mövzu əkinçilik sahəsində mövcud imkanlar, problemlər və perspektivlər haqqında olacaq.

Burada, həmçinin aşağıda göstərilən qurumlar iştirak edəcək:

  • Qusar Rayon İcra Hakimiyyəti
  • Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesteri
  • Aqrar Kredit və İnkişaf Agentliyi
  • Sahibkarlığın İnkişafı Fondu
  • İqtisadiyyat Nazirliyinin Quba-Xaçmaz regional bölməsi
  • Qusar Dövlət Aqrar İnkişaf Mərkəzi
  • “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC
  • “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC
  • Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası
  • Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyası
  • Azərbaycan Aqronomlar Assosiasiyası
  • Azərbaycan Gübrə İstehsalçıları və İdxalatçıları Assosiasiyası
  • Azərbaycan Toxumçular Assosiasiyası
  • Müvəkkil kredit təşkilatları
  • Müvafiq sahibkarlıq subyektləri

Daha ətraflı məlumat üçün və ya hər hansısa bir sual yarandıqda 055 200 03 64 nömrəsi və ya [email protected] elektron poçtu ilə əlaqə saxlamaq olar.