Xaçmaz Olimpiya İdman Kompleksində “Basketbol hamı üçün” idman tədbiri keçiriləcək. Bu barədə ShimalNews 9 avqust tarixində məlumat verir.

Tədbir saat 16:00-dan 17:00-dək davam edəcək. Burada iştirak etmək sərbəstdir.

Kütləvi idman tədbirinin keçirilməsində əsas məqsəd uşaq və yeniyetmələr arasında idman kütləviliyinin təmin edilməsi, basketbol idman növünə marağın artırılması və sağlam həyat tərzinin təbliğ edilməsidir.