Qusarlı şəhid polkovnik-leytenant Babək Ramaldanovun xatirəsi anılır. O, 9 avqust 1982-ci ildə Bakı şəhərində anadan olub, milliyyətcə ləzgi olub.
2020-ci ilin Vətən müharibəsi başlayan günündən Ramaldanov işğal altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması məqsədi ilə döyüşlərə qatılıb. O, Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 16-da Füzuli döyüşləri zamanı həlak olub. Qəhrəman zabit II Şəhidlər xiyabanında dəfn olunub.
Babək Ramaldanov ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları və “Azərbaycan Bayrağı” ordeni ilə tətlif edilib.
Babək ailəli idi. Onun 2 oğlu Vətənə əmanət qalıb.