Şimal bölgəsində cari dövrdə yanğın təhlükəsinin kompleks göstəricisi məlum olub. Bu haqda ShimalNews 8 avqust tarixində xəbər verir.

Milli Hidrometeorologiya Xidməti təhlükə səviyyəsi ilə bağlı açıqlama verib:

İsmayıllıda – orta, Şahdağda – kiçik, Qusarda – orta, Xızıda – yüksək, Quba və Şabranda – çox yüksək yanğın təhlükəsi növünə çatıb.

Bəzi rayonlarda yanğın indeksinin yüksək olduğunu nəzərə alaraq, əhalinin ehtiyatlı olması tövsiyə olunub.