Bölgə üzrə bu həftə keçiriləcək idman tədbirlərinin qrafiki açıqlanıb. Bu barədə ShimalNews 8 avqust tarixində Gənclər və İdman Nazirliyinə istinadən məlumat verir.

8-13 avqust tarixləri aralığında keçiriləcək yarışlar aşağıda təqdim edilib:

İsmayıllı rayonu 

– 9 avqust, saat 17:30 – “12 Avqust – Beynəlxalq Gənclər Günü” münasibətilə veloyarış;

Quba rayonu

– 8 avqust, saat 10:00 – Kikboksinq və MMA idmançıları ilə görüş (Quba rayonu, Atuc kəndi);

– 8-11 avqust, saat 11:00 – açıq əyləncəli məhəllə futbol liqasının seçim turları (Quba şəhəri, 28 May parkında yerləşən stadion);

– 10 avqust, saat 11:00 – Səbətlər kəndinin müxtəlif idman növlərində nailiyyətləri olan idmançı gəncləri ilə görüş (Quba rayonu, Səbətlər kəndi);

– 13 avqust, saat 10:00 – kikboksinq üzrə açıq rayon birinciliyi (Quba rayonu, “Mübariz” İdman Klubu);

Qusar rayonu

– 8 avqust, saat 11:00 – “İdman hamı üçün” layihəsi çərçivəsində boks, MMA və kikboksinq idman növləri üzrə kütləvi idman tədbiri (Qusar şəhəri, “Terrenkur” sağlamlıq cığırı);

– 11 avqust, saat 11:00 – məktəbli qızlar arasında voleybol idman növü üzrə rayon turniri (Qusar Olimpiya İdman Kompleksi);

Xaçmaz rayonu

– 9 avqust, saat 16:00 – “Basketbol hamı üçün” adlı kütləvi idman tədbiri (Xaçmaz Olimpiya İdman Kompleksi);

– 9 avqust, saat 18:00 – 14 və 17 yaşlı qızlardan ibarət futbol komandaları arasında yoldaşlıq görüşləri (Xaçmaz Olimpiya İdman Kompleksinin stadionu);

– 10 avqust, saat 16:00 – “Taekvondo hamı üçün” adlı ustad dərsi (Xaçmaz rayonu, Taekvondo idman zalı).