Xaçmazın icra başçısı Elnur Rzayev Uzunoba kəndində səyyar qəbul keçirib. Bu barədə ShimalNews 8 avqust tarixində RİH-yə istinadən məlumat verir.

Tədbirdə yerli hüquq-mühafizə orqanlarının və xidmət təşkilatlarının rəhbərləri iştirak ediblər. Onlar ilk öncə 20 Yanvar şəhidi Zahid Abdullayevin büstünü ziyarət ediblər.

Daha sonra Baraxum, Xəzərli, Şıxlı, Meçitoba, Şərifoba, Tikanoba və Yataqoba kəndlərinin sakinlərinin müraciətləri dinlənilib.

Vətəndaşlar su, qaz və işıqla təchizatın yaxşılaşdırılması,yolların təmiri, məktəb binasının yenilənməsi və digər sahələrə dair müraciətlər səsləndiriblər. Onları narahat edən məsələlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verilib.