Qusarda yanğını söndürmək üçün FHN-in bölmələri cəlb edilib. Bu haqda ShimalNews 8 avqust tarixində xəbər verir.

Hadisə Yuxarı Ləgər kəndində baş verib. Həyətyanı sahədə yığılan 5 ton ot bağlaması alışıb. Yanğınsöndürənlər alovun qarşısını alıblar. Otun 2 tonu və yaxınlıqdakı tövlə yanğından mühafizə olunub.