Xaçmazdan üzü Qubaya hərəkət edən avtomobil qəza nəticəsində yararsız hala düşüb. Bu haqda ShimalNews 8 avqust tarixində xəbər verir.
Hadisə saat 16:00 radələrində baş verib. “Toyota Land Cruiser” markalı avtomobil və yük avtomobili qəza törədib. Xəsarət alan olmayıb. Yolda sıxlıq əmələ gəlib.