Qubada hərəkətdə olan 2 avtomobil toqquşub. Bu haqda ShimalNews 8 avqust tarixində Den.az-a istinadən xəbər verir.

Hadisə Quba-Qonaqkənd avtomobil yolunun Amsar kəndi ərazisində baş verib. “Kia Rio” markalı avtomobil qarşıda eyni istiqamətdə hərəkətdə olan “VAZ-2107” markalı avtomobilə çarpılıb.

Şahidlərin sözlərinə görə, hadisə nəticəsində xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.