Qubadan olan şəhid Elçin Arazovun bu gün 22 yaşı tamam olacaqdı.

Elçin 8 avqust 2001-ci ildə Qriz kəndində anadan olub. Xaçmaz rayonunun Aşağı Ləgər kənd qəbiristanlığında dəfn edilib.

O, Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. 31 oktyabr 2020-ci ildə Goranboy rayonunun Tap Qaraqoyunlu kəndi istiqamətində döyüş tapşırığını yerinə yetirdiyi zaman şəhidlik zirvəsinə ucalıb.

Elçin Arazov ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.