Qubadan olan cücələr Nabranda dəniz sahilində istirahətə gətiriliblər. Bu haqda ShimalNews-a 8 avqust tarixində oxucularımız məlumat veriblər.

Dəniz kənarında istirahət edənlərin diqqətini qutudan gələn səs cəlb edib. İnsanlar yaxınlaşdıqda içində 2-3 günlük cücələri görüblər. Onların sahibindən cücələri nə məqsədlə bura gətirdiyi ilə maraqlanıblar. Məlum olub ki, həmin şəxs Qubadandır. Qırt yatmış toyuq balaları yumurtadan çıxandan sonra ölüb. İndi isə təsərrüfat sahibi hətta istirahətə gedəndə də onları özü ilə aparır ki, baxımsız qalmasınlar.

Həmin görüntüləri oxucularımıza tədim edirik.