İsmayıllıda avqustun 17-si sahibkarların iştirakı ilə sahəvi görüşlər keçiriləcək. Bu barədə ShimalNews 8 avqust tarixində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) istinadən məlumat verir.
Tədbir Sumağallı kənd məktəbində baş tutacaq. Burada əsas mövzu qida emalı sektorunda mövcud imkanlar, problemlər və perspektivlər haqqında olacaq.
Aşağıda göstərilən qurumlar görüşdə iştirak edəcəklər:
- Kənd Təsərrüfatı Nazirliyi
- İsmayıllı Rayon İcra Hakimiyyəti
- Dövlət Məşğulluq Agentliyi
- Aqrar Kredit və İnkişaf Agentliyi
- İqtisadiyyat Nazirliyinin Dağlıq Şirvan regional bölməsi
- İsmayıllı Dövlət Aqrar İnkişaf Mərkəzi
- Sahibkarlığın İnkişafı Fondu
- Aqrar Sığorta Müştərək Sığorta Şirkəti ASC
- ABAD
- Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası
- Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyası
- Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyası
- Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyası
- Müvəkkil kredit təşkilatları
- Müvafiq sahibkarlıq subyektləri
Daha ətraflı məlumat üçün və ya hər hansısa bir sual yarandıqda 055 500 12 17 nömrəsi və ya [email protected] elektron poçtu ilə əlaqə saxlamaq olar.