Quba və İsmayıllı rayonlarında payız əkin mövsümünə hazırlıq işləri davam edir. Bu barədə ShimalNews 8 avqust tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) istinadən məlumat verir.

Hazırda meşəbərpa tədbirləri həyata keçirilir. Quba rayonunun 9 və İsmayıllı rayonunun 8 hektar meşə fondu ərazisində torpaq hazırlığı işləri görülüb.

Sözügedən rayonların meşə ərazilərində ağcaqayın, qarağac, çinar, cökə, göyrüş, akasiya, palıd, fıstıq, vələs və digər ağac növləri əkiləcək, toxumlar səpiləcək.