8 avqust 1930-cu ildə Azərbaycanın digər rayonları ilə yanaşı, Quba, Qusar və Xaçmaz rayonları da təşkil olunmuşdur.
Quba şəhərinin əsası XIV əsrdə qoyulmuşdur. XVIII əsrin ortalarında Quba xanlığı yaradılmış, onun mərkəzi əvvəl Xudat, sonra isə Quba şəhəri olmuşdur. 1806-cı ildə Quba xanlığı Rusiyaya birləşdirilərək əyalətə çevrilmişdir. 1840-cı ildə yenidən təşkil olunmuş Quba qəzası Dərbənd quberniyasına, 1860-cı ildə isə Bakı quberniyasına daxil edildi. 1929-cu ildə Quba qəzası ləğv olunmuşdur və rayonlara bölünmüşdür.
1930-cu ildə mərkəzi Hil kəndi olmaqla Hil rayonu yaradılmışdır. 1934-cü ildə rayon mərkəzi Qusara köçürülmüşdür. 1938-ci ildən bura şəhər statusu almışdır, rayonun adı isə “Qusar”a dəyişdirilmişdir.
1963-cü ildə Xaçmaz rayonu ləğv edilib, ərazisi Quba və Qusar rayonlarına verilmişdir. 1965-ci ildə rayon yenidən bərpa olunmuşdur.
2022-ci ilin rəsmi məlumatına əsasən, Qubada 175 mindən, Qusarda 100 mindən və Xaçmazda 182 mindən artıq insan yaşayır.
İstinad edilən mənbələr: