Xaçmazda şəhid Araz Qəribov və Arzuman Ləzgiyevin ailələrinə və II qrup müharibə əlili Musa İbrahimova mənzillər verilib. Bu haqda ShimalNews 7 avqust tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) istinadən xəbər verir.

Fərdi evlərin verilməsi tədbirində ƏƏSMN aparatının rəhbəri Fuad Musayev iştirak edib. Tədbirdə müharibə iştirakçılarının sosial təminatının gücləndirilməsi, məşğulluğunun təminatı, reabilitasiya xidmətləri ilə əhatə olunmaları və s. istiqamətlərdə həyata keçirilən ardıcıl dəstək tədbirlərindən də bəhs olunub.

Yeni mənzilə sahib olanlar Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Xaçmazda şəhid ailələri evlə təmin ediliblər
foto əəsmn