Xaçmaz şəhərinin bir sıra küçələrində asfaltlanma işləri həyata keçirilir. Bu haqda ShimalNews 7 avqust tarixində Xaçmaz Şəhər İƏD-ə istinadən xəbər verir.
İşlər Mərdanov qardaşları, Xəlil Rza Ulutürk, Süleyman Rüstəm və Süleyman Rəhimov küçələrində həyata keçirilir. Bununla vətəndaşların rahat gediş-gəlişi təmin ediləcək.
Ümumilikdə 30 küçədə təmir işləri davam edir.