Xaçmaz rayonunun İstisu qəsəbəsində 2 avtomobil toqquşub. Bu haqda ShimalNews 7 avqust tarixində məlumat verir.
Hadisə avqustun 6-sı saat 17:00 radələrində “Xan çinar” restoranının yaxınlığında baş verib. “VAZ-21099” və “Opel Vectra” markalı avtomobillər qəzaya düşüb.
Xəsarət alan yoxdur.