Xaçmazdan olan şəhid Qürbət Tarverdiyevin anası Natəvan Tarverdiyeva evində ziyarət edilib. Bu haqda ShimalNews 7 avqust tarixində Xaçmaz RİH-yə istinadən xəbər verir.

İcra başçısı Elnur Rzayev bir müddət əvvəl əməliyyat olunan N.Tarverdiyevanın səhhəti ilə maraqlanıb. Onun ailə qayğı və probelmlərini dinləyib, hər zaman onların yanında olduğunu bildirib.

Qürbət Rasim oğlu Tarverdiyev 1998-ci ildə Xaçmaz rayonunun Nərəcan kəndində anadan olub. O, 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətə başlayıb. Qürbət müharibənin ilk günlərindən silaha sarılaraq, Xocavənd və Füzuli istiqamətlərində şiddətli döyüşlərin iştirakçısı olub. Tarverdiyev Füzuli rayonunun Alxanlı kəndinin azad olunması uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

Ölümündən sonra Qürbət “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.