Ukraynada müharibə sarsıntısı yaşayan uşaqların İsmayıllı rayonuna səfərləri təşkil edilib. Bu haqda ShimalNews 7 avqust tarixində məlumat verir.
Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə ölkəmizə gətirilən uşaqlar Basqalda qonaq olublar. Burada onların tariximiz, qəhrəmanlarımız, məscidlərimiz və bulaqlarımızla tanışlığı baş tutub.
Həmin ukraynalı uşaqlar ölkəmizdə 14 günlük sosial reabilitasiya proqramı keçəcəklər. Artıq onların psixoloji vəziyyətlərinin stabilləşməsinə dəstək göstərilir.