Qusar Olimpiya İdman Kompleksində üzgüçülük yarışı keçirilib. Bu barədə ShimalNews 7 avqust tarixində məlumat verir.

Yarış Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin və Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə təşkil olunub. Burada 100 həvəskar idmançı mübarizə aparıb.

Qaliblər diplom və medallarla mükafatlandırılıblar. Fərqlənən digər idmançılar isə sertifikatlarla təltif olunublar.