Qusarda sahibkara layihə icrası üçün 615.000 manat güzəştli kredit ayrılıb. Bu barədə ShimalNews 7 avqust tarixində məlumat verir.

Sahibkarlığın İnkişafı Fondu tərəfindən Ayaz Ələkbərova ayrılan vəsait təqdim edilib. Bu məbləğ bağçılığın inkişafı üçün istifadə olunacaq və ərazidə 21 yeni iş yerinin açılmasına şərait yaradılacaq.