Quba–Xaçmaz yolunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda ShimalNews 7 avqust tarixində Azərtac-a istinadən xəbər verir.

Hadisə yolun Alekseyevka kəndi ərazisində qeydə alınıb. “VAZ-21012” və “VAZ-2106” markalı minik avtomobilləri toqquşub.

Həmin vaxt yaralanan olub. Ona Quba Rayon Mərkəzi Xəstəxanasında tibbi yardım göstərilib, sonra ambulator müalicə üçün evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.