Qubanın Qəçrəş kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda ShimalNews 7 avqust tarixində məlumat verir.

Hadisə avqustun 6-sı saat 13:30 radələrində qeydə alınıb. “Mercedes” markalı avtomobil Xınalıq kəndi istiqamətində hərəkət edərkən idarəetməni itirib. Nəticədə çəpərə çarpılaraq yol kənarındakı çökəkliyə düşüb.

Şahidlər bildirirlər ki, sərnişinlər yüngül xəsarət alıblar.