Qubada yanğın baş verib. Bu barədə ShimalNews 7 avqust tarixində Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Hadisə Mirzəqışlaq kəndində qeydə alınıb. Alov 32 kv.m-lik talvarın yanar konstruksiyalar olan sahəsini bürüyüb. Nəticədə onun altına yığılan 6 ton ot bağlamasının 3 tonu yanıb.
Hadisə yerinə FHN-in qüvvələri cəlb olunub və ətraf ərazi mühafizə olunub.