İsmayıllıda qanunsuz kömür istehsalının qarşısı alınıb. Bu haqda ShimalNews 7 avqust tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları Müşkəmir və Tircan kəndlərində kömür quyuları aşkar ediblər. Nəticədə rayon sakinləri Abil Mehdiyev və Vaqif Osmanova qarşı protokol tərtib edilib və kömür quyuları ləğv olunub.