İsmayıllıda itkin düşən şəxslər haqqında bəzi məlumatlar məlum olub. Bu haqda ShimalNews 7 avqust tarixində Apa-ya istinadən xəbər verir.
Gənclərdən biri Ağaverdi Xəlilovun atası Tofiq Xəlilov hadisənin bəzi məqamlarına aydınlıq gətirib.
Məlum olub ki, onun oğlu və qız İsmayıllı Dövlət Texnologiya Kollecində tələbə olarkən tanış olublar. Hər iki şəxsin 19 yaşı var. Ağaverdi bir neçə dəfə evdə anasına sevdiyi qız olduğunu, onunla bir müəssisədə təhsil aldığını bildirib.
T.Xəlilov iddia edir ki, Aytac Mayilova oğlu ilə əvvəlcədən razılaşaraq qaçıb. Onun sözlərinə görə, hadisədən 1 gün qabaq oğlan evdə hamı ilə birgə yemək yeyib və yatmaq adı ilə öz otağına keçib. Gecə isə saat 3:00-4:00 radələrində evdən çıxaraq Aytac Mayilova ilə birgə Bakı istiqamətində hərəkət etdiyi müşahidə kameraları ilə müəyyən olunub.
Qızın ailəsi məsələ ilə bağlı münasibət bildirməkdən imtina edib.
Eləcə də məlumata görə, Aytac və Ağaverdi şəxsi münasibətləri və bundan dolayı nizam-intizam qaydalarına əməl etmədikləri üçün təhsil aldıqları kollecdən qovulublar.
Daha öncə, gənclərin itkin düşmələri və axtarıldıqları haqda məlumat vermişdik.