Dövlət İmtahan Mərkəzi (DİM) Xaçmaz şəhərində jurnalistika ixtisası üzrə imtahan keçirilib. Bu haqda ShimalNews 7 avqust tarixində xəbər verir.
İmtahan 2 saat 30 dəqiqə davam edib. Onun nəticələri yoxlama prosesi başa çatdıqdan sonra 5 gün ərzində elan olunacaq.
İmtahandan məqbul qiymət alan abituriyentlər ixtisas seçimi zamanı jurnalistika ixtisasını ərizələrində qeyd edə biləcəklər.