Xaçmaz rayonunda yanğın hadisəsi baş verib. Bu haqda ShimalNews 5 avqust tarixində Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən məlumat verir.

Qobuqıraq kəndində 2 ha sahədə kol-kos və ağaclıq yanıb. Əraziyə FHN-in bölmələri cəlb edilib və yaxınlıqdakı bağ sahələri yanğından mühafizə olunub.