Xaçmaz rayonunun Niyazoba kəndində yanğın baş verib. Bu haqda ShimalNews 5 avqust tarixində Fövqəladə Hallar Nazirliyinə (FHN)istinadən məlumat verir.
Yanğın hadisəsi sakinin həyətyanı sahəsində qeydə alınıb. Hadisə nəticəsində 4 ton ot bağlamasının 2-si yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın söndürülüb.