Xaçmazda yanğın baş verib. Bu barədə ShimalNews 5 avqust tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Hadisə Xudat şəhərində qeydə alınıb. Alov 40 ha biçilmiş taxıl sahəsini bürüyüb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin bölmələri cəlb olunub.

Yanğınsöndürənlər ətraf əraziləri yanğından mühafizə ediblər.