Xaçmazda 2 nəfəri elektrik cərəyanı vurub. Bu haqda ShimalNews 5 avqust tarixində Azərtac-a istinadən məlumat verir.

Hadisə rayonun Armudpadar kəndi ərazisində qeydə alınıb. Əhəd Əhədov və bacısı oğlu kustar üsulla su quyusu qazmağa çalışıblar. Bu zaman onları cərəyan vurub. Əhədov dünyasını dəyişib. Bacısı oğlu Tural Poladov isə xəsarətlərlə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.