Xaçmazın Sibiroba kəndində yanğın baş verib. Bu haqda ShimalNews 5 avqust tarixində Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən məlumat verir.

Yanğın zamanı təxminən 500 kv.m sahədə məişət tullantıları, 3 ha sahədə kol-kos və 7 ha sahədə qamışlıq yanıb. Alovun meşə ərazisinə keçmə riski yüksək idi.

Hadisə yerinə FHN-in qüvvələri cəlb olunub və yaşıllıq zolaqları mühafizə olunub.