Şimal bölgəsində yeni tədris ili üçün məktəblilərin vahid formalarının satış ünvanları açıqlanıb. Bu haqda ShimalNews 5 avqust tarixində məlumat verir.

Şatış Quba, Xudat və Qusar şəhərlərində “Bakı Tekstil Fabriki”nin, İsmayıllı şəhərində isə “Bakı Tikiş Evi”nin mağazalarında aparılır.  

Məktəbli formalarının satışını həyata keçirən ünvanları aşağıda təqdim edirik:

Xudat şəhəri – “Brend ucuzluq” mağazası, H.Əliyev küçəsi, ev 13B;

Qusar şəhəri – “Univermaq” geyim mağazası, E.Səfixanov küçəsi (Olimpiya Kompleksi yolu);

Quba şəhəri – “Bəyaz” mağazası, H.Əliyev küçəsi;

İsmayıllı şəhəri – “BTE Məktəbli Dünyası”, H.Əliyev prospekti, 30.

Qiymətlərə gəldikdə, polo köynəklər (uzun/qısaqol) 15 manat, şalvar/ətəklər 25 manat, jaketlər isə 30 manatdır.

Nazirlər Kabinetinin qərarına əsasən, məktəblər tərəfindən 4 cür geyim formasından biri seçilməlidir.